Xəzər Xəbər

İşıqforda arvadını başqa maşında kişiylə gördü - Qabaqların kəsən ər bıçaqla... - VİDEO

Veb TV | 13:55 • 11 Avqust 2017
İşıqforda arvadını başqa maşında kişiylə gördü -

Türkiyənin Denizli şəhərindəboşanmaq üzrə olduğu həyat yoldaşını başqa kişi ilə birlikdə görən ər, arvadının məşuqunubıçaqlayıb.

Hadisə Denizlinin Merkezefendi mahalındakı bir prospektdə işıqforun qırmızı işığı zamanı yaşanıb.

Boşanmaq üzrə olduğu arvadını məşuqu Adəm A. ilə (33) 64 BB 915 nömrəli avtomobilin içərisində görən Osman Ö.(36) maşının qabağını kəsərək Adəm A. -nı və arvadını aşağı düşürüb. Maşından enən Adəm A. -ya bıçaqla hücum edən Osman Ö.onu sinəsindən və qolundan bıçaqlayıb.

Yaralı şəxsə ilk müdaxiləni vətəndaşlar edib. Əczaxanaya aparılan Adəm A.burada edilən müdaxilənin ardından təcili yardımla Dənizli Dövlət Xəstəxanasına çatdırılıb. Şübhəli Osman Ö. isə bir avtomobillə hadisə yerindən uzaqlaşıb.

Polis qaçan Osman Ö.-nün tapılması üçün axtarışa başlayıb.

Qadının ifadəsialınmaq üçün təhlükəsizlik idarəsinə aparılıb.

Hadisə ilə əlaqədar araşdırma başladılıb./milli.az


Xəbər lenti