Xəzər Xəbər

Əsrin transfer bombası: Ronaldo hara gedir?

İdman | 13:38 • 19 İyun 2017
Əsrin transfer bombası:

"Real"dan gedəcəyi deyilən Kriştiano Ronaldo ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. "Deyli Meyl" "Kral Klubu"nun portuqaliyalı ulduzu üçün "Mançester Yunayted"dən 350 milyon avro istədiyini yazır.

İtaliya mətbuatının iddiasına görə, PSJ "Real"a 140 milyon avro təklif edib. Parislilər Ronaldonun özünə illik 30 milyon avro vəd edir.

BBC isə transferdə əsas favoritin "Mançester Yunayted" olduğunu yazır. "Qırmızı-şeytanlar"ın artıq 200 milyon avroluq təkliflə çıxış etdiyi qeyd edilir.

"Real"a yaxınlığı ilə tanınan "Marka" qəzeti isə yazır ki, baş məşqçi Zinəddin Zidan Ronaldo ilə danışaraq "Sənə ehtiyacamız var. Sən bu komandanın ən önəmli parçasısan. Komandanın ulduzu olduğun üçün Madriddən getməyini istəmirəm" deyib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti