Xəzər Xəbər

Bu peşə sahiblərinə qız vermirlər Baxmayaraq ki, 2 min manat maaşı var

Cəmiyyət | 12:32 • 18 İyun 2017
Bu peşə sahiblərinə qız vermirlər

Əhalisinin yüzdə 80-inin əkinçilik və heyvandarlıqda dolanışığını təmin etdiyi Aksarayda heyvandarlığın ən əhəmiyyətli peşəsi olan çoban çətinliyi yaşanır.

Minimum əmək haqqının 3 qatı verilsə də bu peşədə işçi çətinliyi yaşanır, istehsalçılar işlədəcək çoban tapa bilmir.

Aksaray damazlıq Qoyun Keçi Yetişdirmə Birliyinin rəhbəri Mahmud Aktürk, artıq heç kimin kəndlərdə yaşamaq istəmədiyini ifadə edərək, çobanın da buna görə tapılmadığını söyləyib. Çobanlığın heyvandarlıq sektorundakı ən əhəmiyyətli sahə olduğuna diqqət çəkən Aktürk, heyvandarlığı inkişaf etdirmək üçün çoban və bazar problemi olduqlarını qeyd edib.

"Türkiyədə Küçükbaş heyvandarlıq nöqtəsində çobanlıqla əlaqədar çox çətinliklər var. Çünki heç kim çobanlıq etmək istəmir. Əslində gəlir olaraq da Türkiyədəki minimum əmək haqının 670 manat olduğunu nəzərə alsaq, bunun 2-3 qatı qədər, təxminən 2000 manat maaş verilir, amma, buna baxmayaraq çoban tapmaqda çətinlik çəkirik"-deyə o, qeyd edib.

"İnsanlar kənddə yaşamaq istəməyib, şəhərə köçür"

Çoban tapmaqda sıxıntının ən əhəmiyyətli faktoru kənddən şəhərə köç olduğunun vurğulayan Aktürk, "Çünki insanlar kənddə qalmırlar. Xüsusilə gənc nəsil kəndlərdə yaşamaq istəmir. Şəhərlərə ciddi mənada köç var. Bu gənc nəslii kənddə saxlaya bilsək, həm çobanlıq edər, həm əkinçilik edər, həm də istehsal edər. Amma çox təəssüf ki, gənc nəsili kəndlərdə saxlaya bilmirik "-deyə o, əlavə edib.

"Çobanlara qız belə verilmir"

Çobanlara artıq qız belə verilmədiyinə toxunan Aktürk, "Çobana qız belə vermirlər. Sığortası yoxdur, zəmanəti yoxdur, müəyyən bir işi yoxdur, davamlı deyil, hər il bu işi edə bilərmi? kimi sulallar verirlər. Yəni ictimai həyatda çox ciddi mənada çətinlikləri var. Çobanlıq əslində çox çətin bir peşədir. O görə insanlar çobanlıq etmək istəmirlər. Bu işi həll etmək üçün hökumətimiz də müxtəlif addımlar atdı. Çobanlıq peşəsini sevdirmək üçün çobanların sığortası nazirlik tərəfindən qarşılana da bilər"-deyə bildirib./AzNews.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
512 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti