Xəzər Xəbər

"Son zəng" günü faciə - Məzunlar qəzaya düşdü - VİDEO

Veb TV | 19:48 • 14 İyun 2017
"Son zəng" günü faciə - Məzunlar qəzaya düşdü -

Məzunlar kirayə götürdükləri avtomobil ilə Ucar rayonunda qəzaya düşüblər.

Xezerxeber.az məlumat verir ki, hadisə bu gün 15:30 radələrinə Ucarın mərkəzində baş verib. Göyçay rayon sakini, 22 yaşlı Namiq Məmmədov kirayə götürdüyü avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan digər avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri - Fərhad Əhmədov və İlham Əhmədov xəsarət alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağstafada isə avtomobil yeni quraşdırılan radar dirəyinə çırpılıb. Hadisə Bakı-Qazax avtomagistralının Dağ Kəsəmən kəndindən keçən hissəsində baş verib. Paytaxt sakini 25 yaşlı İntiqam Abbasov avomobillə Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı radar dirəyinə çırpıb. Avtomoildə olan sərnişin Lənkəran sakini 26 yaşlı Hüseyn Rəhimov dünyasını dəyişib. Sürücü və digər sərnişin Rusif Eyvazov isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti