Xəzər Xəbər

625 milyonda bir görülən doğuş Dünya bu uşaqdan danışır

Dünya | 14:17 • 12 İyun 2017
625 milyonda bir görülən doğuş

Ukraynalı 31 yaşlı qadının doğuşu dünya mediasının diqqətini cəlb edib. Belə ki, həkimlərin belə möcüzəvi adlandırdığı doğuşa 625 milyonda bir rast gəlinir. Bunun səbəbi uşağın ana bətnində deyil, qarın bölgəsində inkişaf etməsi olub.

Həkim müayinələrinə vaxtı-vaxtında getməyən qadın hamiləliyin necə davam etməsindən xəbərsiz olub. Ən son anda həkim müayinəsindən keçən qadının hamiləliyinin qarın boşluğunda inkişaf etdiyi məlum olub. Tibbdə xarici hamiləlik kimi adlandırılan proses əksər hallarda ana və uşağın ölümü ilə nəticələnir.

Həkimlər qadını təcili əməliyyat etsələr də uşağın sağ qalacağına dair heç bir ehtimal verməyiblər. 2 saat davam edən əməliyyatdan sonra 4 kiloqram çəkidə balaca bir qız dünyaya gəlib. 56 santimetr boya və 4 kiloqram çəkiyə malik uşağın sağlamlığında heç bir problem olmadığı bildirilib.

Ana qızına "qələbə qazanan" mənasını verən Veronika adını verib.

Xəbər lenti