Xəzər Xəbər

Koronavirusdan sağalan məşhur aktyor qaydalara riayət etmir

Şou Biznes | 18:54 • 25 May 2020
Koronavirusdan sağalan məşhur aktyor qaydalara riayət etmir

Məşhur amerikalı aktyor və prodüser Tom Henksin küçəyə çıxarkən maska əvəzinə bandanadan istifadə etdiyi məlum olub.

"Daily Mail” xəbər verir ki, 63 yaşlı aktyor 32 yaşlı həyat yoldaşı Rita Uilsonla Los-Ancelesdə avtomobildə hərəkət edərkən fotoqrafların obyektivlərinə tuş gəliblər.

Mart ayında Tom Henksin COVID-19-a yoluxduğu bildirilmişdi. O zaman Avstraliyada sənədli filmin çəkilişlərində olan məşhur aktyor həyat yoldaşı ilə birgə xəstəxanaya yerləşdirilmişdi. Lakin cütlük bir neçə gündən sonra sağalaraq evə buraxılmışdı./oxu.az

Xəbər lenti