Xəzər Xəbər

Məşhur musiqiçi velosipeddən yıxılıb öldü

Şou Biznes | 09:57 • 17 May 2020
Məşhur musiqiçi velosipeddən yıxılıb öldü

Britaniyanın məşhur "The Pretty Things” musiqi qrupunun qurucularından biri və vokalçısı Fil Mey bədbəxt hadisə nəticəsində yaralanıb və yerləşdirildiyi "Queen Elizabeth” xəstəxanasında ölüb.

75 yaşlı Fil velosipeddən yıxılaraq ayağını ciddi zədələyib.

Bundan sonra xəstəxanada onun bud nahiyəsində mürəkkəb cərrahi əməliyyat aparılıb, lakin yaranmış ağırlaşmalar musiqiçinin ölümünə gətirib çıxarıb.

Qeyd edək ki, "The Pretty Things” qrupu 1963-cü ilin sentyabrında yaradılıb. Fil Mey və gitaraçı Dik Teylor kollektivin əsasını təşkil ediblər. 2020-ci ildə qrupun yeni albomu işıq üzü görməli idi. / Oxu.az

Xəbər lenti