Xəzər Xəbər

Məşhur Hollivud ulduzundan qeyri-adi çağırış: Almayın…

Şou Biznes | 16:20 • 14 May 2020
Məşhur Hollivud ulduzundan qeyri-adi çağırış:

Məşhur Hollivud ulduzu Ceyn Fonda insanlara geyim almamaqla bağlı çağırış edib.

Bu barədə "Star News” xəbər yayıb.

Bildirilir ki, məşhur aktrisa özünü nümunə göstərərək, səkkiz aydır özünə yeni geyim almadığını deyib. Buna sübut kimi o, 2020-ci ilin fevral ayında keçirilmiş "Oskar” mükafatlandırma mərasiminə 2014-cü ildə "qırmızı xalı”ya çıxdığı geyimlə getdiyini xatırladıb.

C.Fonda çağırışını ekologiyanın çirklənməsi ilə əlaqələndirib. Aktrisa istehsal zamanı atmosferə metan, azot-dioksid, karbon-dioksid qazlarının atıldığını deyib.


Xəbər lenti