Xəzər Xəbər

Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”

Şou Biznes | 14:49 • 9 May 2020
Arda Turandan etiraf:

İyul ayında ikinci dəfə ata olmağa hazırlaşan Arda Turan karantin günlərində həyat yoldaşı Əslihan Doğana kömək etdiyini açıqlayıb.

"CNNTürk” xəbər verir ki, tanınmış futbolçu 2018-ci ildə dünyaya gələn oğlu Həmzədən sonra yuxu rejiminin pozulduğunu etiraf edib.

Arda Turan zamanında insanlara çox güvəndiyini, onların çətinliklərini həll etməyə çalışdığınıbildirib: "Peşman deyiləm, amma səhv etmişəm. Ürəyimlə dilim arasındakı məsafə çox qısadır. İndi isə acısını çəkirəm”.

Qeyd edək ki, ulduz futbolçu ilə Əslihan Doğan iki ildir evlidir.

Xəbər lenti