Xəzər Xəbər

Tom Kruzdan inanılmaz layihə: Açıq kosmosda film çəkəcək

Şou Biznes | 14:05 • 5 May 2020
Tom Kruzdan inanılmaz layihə:

Təhlükəli səhnələrin çəkilişində dublyordan istifadə etmədən özünü tez-tez riskə atması ilə tanınan məşhur aktyor Tom Kruz inanılmaz layihəsini həyata keçirməyə çalışır.

Belə ki, Hollivud ulduzu kosmosda film çəkməyi planlaşdırır.

"HaberGlobal”ın məlumatına görə, bunun üçün o, İlon Maskın "Space X” şirkətinin və NASA agentliyinin köməyindən yararlanacaq.

Hələ hazırlıq mərhələsində olan filmlə bağlı çox məlumat açıqlanmır. Filmin necə çəkiləcəyi, mövzunun nə olacağı, rejissor və ssenari müəllifinin adları, həmçinin çəkiliş heyətinin kimlərdən təşkil olunacağı açıqlanmayıb.

Xəbər lenti