Xəzər Xəbər

Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu

Şou Biznes | 17:34 • 23 Mart 2020
Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu

Amerikalı aktrisa, film və televiziya seriallarının qəhrəmanı Debi Meyzar koronavirusa yoluxub.

Bu barədə aktrisa özü şəxsi "İnstaqram"səhifəsində yazıb.

Meyzar bildirb ki, koronavirusa qarşı test etdikdən sonra, yəni dünən koronavirusa yoluxduğunu öyrənib."Bir ay əvvəl həyat yoldaşım və 2 qızımda da koronavirusun simptomları var idi, ötdü-keçdi, lakin mən o zaman hesab etdim ki, bu mövsümi xəstəlikdir",-deyə aktrisa bildirib.

Daha sonra aktrisa yazıb ki, martın 15-dən özünü pis hiss edir, hazirda evində müalicə olunur. Həyat yoldaşı və 2 qızı isə 14 gündür ki, karantindədirlər.

Qeyd edək ki, 55 yaşlı Debi Meyzar "Kasl","Elementar","Dostlar" filmlərindən tamaşaçılara yaxşı tanışdır.

Xəbər lenti