Xəzər Xəbər

Rafael Dadaşovun qızı atasından yazdı: “İndi onlara qovuşmusan, amma bizim..."

Şou Biznes | 14:06 • 22 Mart 2020
Rafael Dadaşovun qızı atasından yazdı:

"Ata, bu gün sənsiz keçirdiyim üçüncü gündür. Torpağından sənin qoxunu almaq istəyirəm. Bu dünyada sənə doymadım. Bu bayram ürəyimizə qəm, evimizə kədər gətirdi. Oğluma yoxluğunu deyə bilmirəm”.

Bu sözləri müğənni Səidə Dadaşova bir neçə gün əvvəl dünyasını dəyişən atası, Xalq artisti Rafael Dadaşov haqqında yazdığı statusunda qeyd edib.

Sosial şəbəkədə atası ilə bağlı xatirələrini paylaşan Səidə Dadaşova yuxularının ərşə çəkildiyini bildirib:

"Evdə yata bilmirəm, hər tərəfdə səni axtarıram. Evimiz boş qalıb. Arxa-dayağım yoxdur evdə. Bu bayram və bundan sonrakı bayramlar sənsiz heçdir mənə. Ata, baba və nənəm üçün çox darıxırdın. İndi onlara qovuşmusan, amma bizim ürəyimizi çox yandırdın”.

Qeyd edək ki, aktyor martın 16-də xərçəng xəstəliyindən vəfat edib./publika.az

Xəbər lenti