Xəzər Xəbər

Tanınmış aktyor koronavirus səbəbindən ölkəsinə qayıda bilmir

Şou Biznes | 12:41 • 21 Mart 2020
Tanınmış aktyor koronavirus səbəbindən

Amerikalı aktyor, ssenarist Mikki Rurk koronavirus pandemiyası ilə əlaqədar Latviyanı tərk edə bilmir.

"Sputnik” agentliyi xəbər verir ki, aktyor Latviyanın paytaxtı Riqaya hərbi mövzulu mistik filmdə rol almaq məqsədilə gəlib.

Özünün "Instagram” səhifəsində gəzintiyə çıxdığı Riqa şəhərinin görüntülərini paylaşan aktyor izləyiciləri tərəfindən təhlükəsizlik qaydalarını pozduğuna görə sosial məsuliyyətsizlikdə ittiham olunub.

İctimai qınağa tuş gələn aktyor sosial şəbəkə hesabında dərc etdiyi fotoları silməyə məcbur olub.

Xəbər lenti