"Paper” jurnalının üz qabığına çəkilən müğənni Ledi Qaqa xoşbəxt ola bilmədiyini deyib.
Xarici mətbuat xəbər verir ki, jurnala müsahibə verən 33 yaşlı ulduz həyatı haqqında səmimi etiraf edib:
"Xoşbəxtlik o qədər də asan deyil. Mən klinik depressiya xəstəsiyəm. Beynimdəki dopamin və serotonin (xoşbəxtlik hormonu) eyni istiqamətdə hərəkət etmir, odur ki, bu hissə çata bilmirəm. Kimsə mənə xoşbəxt ol deyəndə, onu söyürəm”./publika.az