Xəzər Xəbər

“Hercai” serialının aktrisası elə paltar geyindi ki... - FOTO

Şou Biznes | 12:03 • 14 Mart 2020
“Hercai” serialının aktrisası

"Hercai” serialının baş rol aktrisası Ebru Şahin geyimi ilə gündəmə gəlib.

Reytinqli serialın 25 yaşlı ulduzu dünən siması olduğu markanın ziyafətinə qatılıb.

Ebru Şahin gecə üçün "Farnaz Salmani” moda evindən seçdiyi dərin dekolteli libasla göz qamaşdırıb. Parlaq çəhrayı libasın qiyməti 8513 TL-dir.

Şəxsi həyatı haqqında danışmağı sevmədiyini deyən aktrisa real həyatda da serialdakı tərəf müqabili Akın Akınözü ilə "Sevgili olun” təzyiqinə məruz qaldığını bildirib:

"Tərəf müqabilimlə məni çox yaraşdırırlar. Bu uyğunluq xoşuma gəlir. Lakin bundan kənara çıxmaq hər iki tərəfi narahat edə bilər. Özəl həyata sayğı duyulmalıdır”./publika.az


Xəbər lenti