Xəzər Xəbər

Məşhur cütlük səyahətə sərvət xərclədi

Şou Biznes | 14:17 • 25 Fevral 2020
Məşhur cütlük səyahətə sərvət xərclədi

Kadir Doğulu və Neslihan Atagül cütlüyü karavanla səyahətə 450 min TL xərcləyib.

Türkiyə mətbuatı xəbər verir ki, Kadir Doğulu və həyat yoldaşı yay tətilində 5 ulduzlu hotellərdə qalmaqdan imtina edib. Cütlük 2016-cı ildən bəri səyahətlərə karavanla çıxmağa qərar verib. 150 min TL-yə aldıqları karavanın dizaynına isə 300 min TL xərclənib. İsveçrəyə gedən cütlük istədikləri yerlərdə düşərgə qurub.

Aktyor karavanla səyahətlə kiçik yaşlarından bəri maraqlandığını etiraf edib:

"İlk karavanımızı alandan sonra İpsaladan yola çıxdıq və İsveçrəyə getdik. Heç bir təcrübəmiz yox idi, hər şeyi yolda öyrəndik. Gediş-gəliş daxil olmaqla 11 düşərgə qurduq, çoxlu dostlar qazandıq. Hotelin əvəzinə düşərgədə qaldıq və çox gözəl mənzərələrlə tanış olduq. Düşərgə həyatı bir başqadır və öyrənəcəyiniz çox şey var. Orada yaşamaq insana sərbəstlik verir. Narahatlıq və çaxnaşmadan qurtulmaqla, azad olmaqla hər şeyə nail ola bilərsiniz. Neslihana düşərgə həyatını tədricən sevdirdim. Əvvəlcə yaxın yerlərdə düşərgə saldıq. Yük olmaması üçün yanımda çox şey götürmürdüm, amma daha rahat olması üçün lazımi mühiti təmin etdim. Həyat yoldaşıma bu həyatı sevdirdim”./publika.az

Xəbər lenti

Çox oxunanlar