Xəzər Xəbər

Ancelina Colidən boşandıqdan sonra Bredin həyatında nə baş verir?

Şou Biznes | 12:31 • 13 Fevral 2020
Ancelina Colidən boşandıqdan sonra

"Bir zamanlar... Hollivudda” filmindəki roluna görə "Oskar” mükafatına layiq görülən Bred Pittin övladları ilə münasibətlərini artıq düzəltdiyi məlum olub.

Bu barədə 56 yaşlı aktyora yaxın mənbələr məlumat verib. Bildirilib ki, Bredin həm iş, həm də şəxsi həyatında işləri yoluna düşüb:

"Bred yenilənmə və bərpa dövrünü yaşayır. O, xoşbəxtdir, uşaqlarını sevir və daxili əmin-amanlıqdan zövq alır. Onun işi əvvəlkindən daha rəvan gedir. İnanılmaz dərəcədə xoşbəxtdir”.

Mənbənin məlumatına görə, Pitt uşaqları ilə daha çox vaxt keçirməyə başlayıb. Bred və Ancelina Coli boşandıqdan sonra altı uşağın qəyyumluğu mövzusunda artıq razılığa gələ bilib. Bu yaxınlarda mediada keçmiş cütlüyün böyük oğlu, 18 yaşlı Maddoksun uzun mübahisədən sonra atası ilə görüşməyə razılıq verdiyi bildirilir.

"Bred şəxsi həyatının qaydasına düşməsindən ləzzət alır. Görürük ki, bu onu peşəkarlıq zirvəsinə qaldırdı”, - deyə mənbə əlavə edib./publika.az

Xəbər lenti