Xəzər Xəbər

Aynişandan SƏRT SÖZLƏR: Maskalanan 1001 üzlü saxtakarlara...

Şou Biznes | 14:12 • 23 Yanvar 2020
Aynişandan SƏRT SÖZLƏR:

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva ikiüzlü insanlardan gileylənib.

Toyuna sayılı günlər qalan Aynişan ətrafındakı riyakar "dostlara” instaqram üzərindən sərt mesaj göndərib.

"Yaxşı insan olmamağı seçib, bunu dürüstcəsinə nümayiş etdirən insanlara daha çox hörmətim var, nəinki özünü "yaxşı insanam" maskası altında gizlədən 1001 üzlü saxtakarlara” , - deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Kənan Əli adlı idmançı ilə nişanlanan Aynişan Quliyevanın qız toyu fevralın 1-də, oğlan toyu isə fevralın 8-də keçiriləcək./publika.az

Xəbər lenti