Xəzər Xəbər

3 gün əvvəl ailə quran müğənni hamilədir?

Şou Biznes | 14:44 • 16 Yanvar 2020
3 gün əvvəl ailə quran müğənni hamilədir?

Yanvarın 13-də tanınmış aşpaz Hazer Armani ilə rəsmi nikaha daxil olan müğənni Sılanın hamilə olduğu deyilir.

Cütlük toydan sonra bal ayına yollanıb. Onlar hava limanında paparatsilərin kameralarına yaxalanıb.

İddia olunur ki, cütlüyün qəfil evlənmək qərarının səbəbi 39 yaşlı müğənninin ana olmağa hazırlaşması ilə bağlıdır.

Xatırladaq ki, nikahdan sonra cütlük restoranda 100 nəfərin qatıldığı qonaqlıq vermişdi. Toy məclisi 100 min TL-yə başa gəlib./publika.az

Xəbər lenti