Xəzər Xəbər

Nurgül Yeşilçayın ÜZÜNƏ NƏ OLDU?

Şou Biznes | 15:17 • 26 Dekabr 2019
Nurgül Yeşilçayın

Aktrisa Nurgül Yeşilçay üzünə estetik müdaxilələr etdirdiyini etiraf edib.

Türkiyə mətbuatı xəbər verir ki, aktrisa dünən oğlu Nejat Özerlə Yeni il alış-verişi edərkən görüntülənib. Mağazanın çıxışında jurnalistlərin suallarını cavablandıran kino ulduzu, üzündə bu günə qədər etdirdiyi heç bir estetik əməliyyatdan razı qalmadığını deyib:

"Sonuncu əməliyyat "Hollivud yanağı” deyil. Başqa bir prosedur etdirmişəm, amma adını bilmirəm. Nəticəsindən razı qaldım, sadəcə üzümə deyil, boynuma, çənəmə, hər yerimə tətbiq olunub. Məncə, botoks dünyanın ən axmaq prosedurudur. Bir çoxunu sınaqdan keçirmişəm, onlardan razı qalmamışam. Siz də etdirməyin”./publika.az

Xəbər lenti