Xəzər Xəbər

İlin ən dəbli qadınlarının adları açıqlandı FOTO

Şou Biznes | 17:12 • 24 Dekabr 2019
İlin ən dəbli qadınlarının adları açıqlandı

"Vogue” jurnalı britaniyalı top-model və aktrisa Naomi Kempbelli2019-cu ilin ən dəbli qadını seçib.

Jurnalistlər bildiriblər ki, son 12 ayda modelin qarderobunda "Valentino”, "Versace” və "Alexander McQueen” brendlərindən geyimlər yer tutub.

Bu barədə Lenta.ruxəbər yayımlayıb.

Bildirilir ki, ən zövqlü məşhurların tam siyahısı "Vogue”nin saytında dərc olunub.

Jurnalistlər aktrisanın "Fashion For Relief” xeyriyyətədbirində geyindiyi "Mugler”dən lələkli və dərin dekolteli paltarı xüsusi qeyd ediblər.

Reytinqdə, həmçinin ingilis kinoaktrisa Cemma Çan da yer tutub. Jurnalın məlumatına görə, stilist Rebekka Korbin-Mürreyin köməyi ilə aktrisa rahat olduğu qədər məftunedici obraz yarada bilib.

Bundan sonra siyahıda amerikalı müğənni və dizayner Rihannanın adı gəlib. O, təkcə özünün dəbli "Fenty” brendinə görə yox, həm də dünya markaları ilə əməkdaşlıqda iştirak etdiyi və təcrübəsiz dizaynerlərin inkişafına kömək etdiyi üçün ən dəbli qadın statusunu alıb.

Adıçəkilən ulduzlara "Flibeq”serialındakı rolu ilə tanınan britaniyalı aktrisa Fibi Uoller-Bric qoşulub. Filmin bir epizodunda Uoller Bric "TopShop” mağazasında satın alınan qara geyimdə görünür. Serial yayımlandıqdan sonra eyni nümunələr dərhal satılıb.

Ən dəbli qadınlar siyahısında ilk beşliyi model Advoa Aboah bağlayır. "Vogue”yə görə, son bir ildə Aboahın ən yaxşı obrazı sentyabr ayında LondonModa Həftəsində geyindiyi paltar olub. Çəhrayı rəngli "Molly Goddard” brendinin paltarında olan modelgeyimini "Gucci” çiyin çantası və qara rəngli "Chanel” ayaqqabıları ilə tamamlayıb.

Xəbər lenti