Xəzər Xəbər

Acunun keçmiş həyat yoldaşı yeni sevgilisindən danışdı: “Bütün xərclərimi...”

Şou Biznes | 15:14 • 24 Dekabr 2019
Acunun keçmiş həyat yoldaşı yeni sevgilisindən danışdı:

Tanınmış türkiyəli model, məşhur teleaparıcı və prodüsser Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı tez-tez müxtəlif ölkələrdə istirahətə getməsi ilə gündəmə gəlir.

Şeyma Subaşı jurnalistlərə açıqlamasında xarici səfərlərə görə pul xərcləmədiyini deyib. O, xərclərinin böyük hissəsinin yeni sevgilisi dj Quido Seyna tərəfindən qarşılandığını bildirib:

"Quido mənim bir qəpik də xərcləməyimə imkan vermir. Acuna gəlincə, onunla müqaviləmiz var. O, yalnız qızımız Melissa ilə bağlı 3 səfərimin xərclərini ödəyir. Digər səfərlərimdə isə təşkilatçılar xərcləri öz üzərinə götürür”.

Qeyd edək ki, Şeyma Subaşı ilin böyük hissəsini xarici ölkələrdə istirahətə keçirir. O, səfərlərindən paylaşdığı fotolarla tez-tez gündəmə gəlir./publika.az

Xəbər lenti