Xəzər Xəbər

Beren Saat: Məşhurluq sanki həbsxanadır

Şou Biznes | 18:06 • 13 Dekabr 2019
Beren Saat: Məşhurluq sanki həbsxanadır

Türkiyənin məşhur aktrisası Beren Saat tanındıqdan sonra həbsxana həyatı yaşamağa məcbur qaldığını açıqlayıb.

"Based İstanbul” jurnalına müsahibə verən aktrisa 9-10 yaşları olanda "Aşk-ı Memnu”da tərəf müqabili olan Selçuk Yöntemin tamaşasını izlədikdən sonra aktrisa olmağa qərar verdiyini açıqlayıb.

Beren Saat türk filmlərini bəyənmədiyini, daha çox komediya filmlərinəçəkildiyini bildirib:

"Hazırda musiqi, kitab və teatr sahələrində xeyli inkişaf var. Amma Türkiyə istehsalı olan filmlərdə bu proses yoxdur. Çünki daha çox komediya filmləri çəkilir”.

"Məşhur olmaq necə bir hissdir?” sualına aktrisa məşhurluq, populyarlığıntanınana kimi yaxşı olduğunu qeyd edib:

"Amma məşhur olduqdan sonra elə bil həbsxanaya düşürsən”.

Qeyd edək ki, Beren Saat "Netflix”in yeni Türkiyə istehsalı olan "Atiye” serialında baş rolla ekrana geri dönür./oxu.az

Xəbər lenti