Xəzər Xəbər

88 yaşlı məşhur modelin gənclik FOTOLARI yayıldı

Şou Biznes | 14:17 • 7 Dekabr 2019
88 yaşlı məşhur modelin gənclik

Karmen Dell Orefiçe indi çox məşhurdur və model biznesinin ən çox tələb olunan simalarından biridir. 88 yaşlı modelin zəirfliyinə heyran olmamaq mümkün deyil

Bir çox lüks markaların siması olan model 14 yaşından bəri model olaraq çalışır. "Vogue” jurnalının çəkilişində ilk dəfə o, iştirak edib. Bundan sonra modelin inanılmaz gözəlliyi bir çox fotoqrafı həyəcanlandırır.

Yoxsul bir ailədə dünyaya göz açan Karmenin anası balerina, atası skripkaçı idi. Tezliklə onun valideynləri boşanır, qız isə anasının yanında qalır. Anası qızının da onun izi ilə gedərək balerina olmasını istəyirdi. Hətta onu balet məktəbinə yazdırmışdı.

Karmenin anasının sərt və tələbkar olduğunu söyləmək yerinə düşər və o, həmişə qızının xarici görünüşü haqqında sərt iradlar bildirərdi. Karmen çirkin bir ördək övladı olduğuna inanmışdı, çünki həmyaşıdları arasında hündür boyu ilə seçilirdi. Oğlanlar onunla görüşmək istəmirdilər.

Ananın tək uşağı böyütməsi asan deyildi, buna görə Karmen bəzən aylarla internat məktəbində qalırdı. Qız balerina karyerası qurmaq xəyalları ilə yaşayırdı, amma revmatizm bu xəyallara son qoymuşdu. Beləliklə, 14 yaşında Karmen modellik karyerasına başladı. Artıq 1947-ci ildə onun fotoları "Vogue” jurnalının üz qabığını bəzəyirdi. Yeri gəlmişkən, Karmen jurnalın üz qabığındakı bu fotonu bəyənməmişdi. O fotosunun hər yerə yayıldığı günü belə xatırlayır:

"Ogün avtobusdan düşdüm və qəzet köşkü yaxınlığında bir yığın jurnal gördüm. Foto xoşuma gəlmədiyi üçün ağladım. Ona nifrət edirdim. Saçımı elə yığmışdılar ki, oğlana bənzəyirdim”.

Karmen model kimi çalışsa da, zəngin və dəbdəbəli həyat yaşamayıb. Bəzən hətta yemək almağa pulu olmurdu. Model qənaət etmək məcburiyyətində qalır - məsələn, işə roliklərdə gedir, xüsusi sifarişlər geyimlər tikirdi.

Karmen uşaqlığının çətin olduğunu xatırlayır. Onlar evin kirayə haqqını ödəmək üçün isveç tikiş maşınını satmalı olmuşdu. Bəzən hətta elektrik enerjisini ödəməyə belə imkanları olmurdu.

1963-cü ildə o, model karyerasını bitirmək qərarına gəlir. Model agentliyinə zəng edir və daha sifarişlər qəbul etmədiyini söyləyir. Ancaq modellik işini əbədi tərk etdiyini söylədikdə Eileen sadəcə gülmüşdü.

1978-ci ildə Karmen onu yenidən moda dünyasına gətirən Norman Parkinson ilə tanış olur. Qızı artıq böyüdüyü və evliliyi pozulduğu üçün Karmen razılaşır. Çox vaxt qadınlar yaşın xarici görünüşünə verdiyi təsirləri gizlətməyə meylli olur, amma Karmen bu qaydaya əməl etmir. O, artıq gənc olmadığını qəbul edir, odur ki, saçlarını boyamamağa qərar verir. 1987-ci ildə qadın nəhayət, yenidən model biznesinə geri dönür. Yeri gəlmişkən, Karmen "Gözəl olmaq: 40 illik model biznesindən öyrəndiyim sirlər və fəndlər" adlı bir kitabın müəllifidir.

Həqiqətən illərin onun görünüşünə təsir etmədiyini başa düşmək üçün bu qeyri-adi qadının şəkillərinə baxmağa dəyər. Gözəl və zərif görünür... Hələ indi də reklam kampaniyalarında şoularda iştirak edir və fəaliyyət göstərir. Beləliklə, o, sübut edir ki, model karyerasının 30 yaşda bitdiyi stereotipi səhvdir./publika.az






Xəbər lenti