Xəzər Xəbər

Aygün Kazımovanın qardaşı həbsdən çıxdı

Şou Biznes | 14:04 • 22 Noyabr 2019
Aygün Kazımovanın qardaşı həbsdən çıxdı

Xalq artisti Aygün Kazımovanın qardaşı Kazım Kazımzadə həbsdən azad edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə Teleqraf.com-a xalq artisti Aygün Kazımova məlumat verib.

"Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun”, - o bildirib.

Xatırladaq ki, Bakıda tikinti ilə məşğul olan Əsgəroğlu-K MMC-nin direktoru K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq törətməkdə ittiham olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti