Xəzər Xəbər

Hadisəni 6 kq arıqladan gizli resept FOTO

Şou Biznes | 11:15 • 22 Noyabr 2019
Hadisəni 6 kq arıqladan gizli resept

Son günlərdə arıqlaması ilə gündəmə gələn müğənni Hadisənin gizli resepti üzə çıxıb.

Bir ayda 6 kq çəki atan ulduz formada qalmaq üçün xüsusi dietoloq və məşqçi tutub. Məlum olub ki, bütün bunlar üçün o, 30 min TL (8 946 manat) xərcləyib.

Dietoloq Seda Çayhanla işləməyə başlayan müğənninin gizli resepti darçınlı çaydır. Ərik qurusu, darçın çubuqları, cəfəri və yaşıl almalı ödəm çayı ilə günə başlayan müğənni dietoloquna 20 min lirə (5964 manat) ödəyib.

İdmanla da məşğul olan Hadisə Açıkgöz məşqçisinə isə ayda 10 min TL (2982 manat) xərcləyib./publika.az


Xəbər lenti