Xəzər Xəbər

Məşhur aktrisa aparıcıları məhkəməyə verdi: 100 min və verilişin bağlanmasını tələb edir

Şou Biznes | 11:19 • 4 Noyabr 2019
Məşhur aktrisa aparıcıları məhkəməyə verdi:

Məşhur aktrisa Serenay Sarıkaya "Söyləməsəm, olmaz” adlı maqazin proqramının aparıcıları Ece Erken və Bircan Balini məhkəməyə verib.

Aparıcılar aktisanın şoumen Cem Yılmazla aktrisa sevgilisi Defne Samyelinin arasına girdiyini və cütlüyün ayrılmasına səbəb olduqlarını iddia edib.

Bu da Serenayı hiddətləndirib və onları məhkəməyə verərək 100 min TL-lik mənəvi kompensasiya tələb edib. O, müraciətini vəkili vasitəsilə İstanbul Respublika Baş Prokurorluğuna göndərib. Məktubda Cem Yılmazla bağlı qaldırılan iddiaları təkzib edib. Həmçinin, aparıcıların işdən qovulmasını da tələb edib./publika.az

Xəbər lenti