Xəzər Xəbər

Əməkdar artist oğlunun ölümündən sonra ilk dəfə SƏHNƏDƏ

Şou Biznes | 11:39 • 2 Noyabr 2019
Əməkdar artist oğlunun ölümündən sonra

Oğlu dünyasını dəyişəndən sonra mahnı ifa etməyən, səhnəyə və efirə çıxmaqdan imtina edən sevilən müğənni, Əməkdar artist Zöhrə Abdullayevə ilk dəfə səhnəyə çıxıb.

Kult.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə təhsil eksperti Kamran Əsədov paylaşıb. Belə ki, Z.Abdullayeva dünən Heydər Əliyev sarayında Xalq artisti Könül Xasıyevanın baş tutan konsertində uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxıb.

Z.Abdullayeva K.Xasıyeva ilə bir yerdə mahnı da ifa edib. Uzun fasilədən sonra ilk dəfə səhnədə mahnı ifa edən sənətkarın perpormansı böyük alqış alıb.

Xatırladaq ki, 2018-ci ilin 24 may tarixində əməkdar artist Zöhrə Abdullayevanın oğlu uzun sürən beyin xərçəngindən vəfat edib.

Xəbər lenti