Xəzər Xəbər

Məşhur müğənni Moskvada itkin düşdü

Şou Biznes | 17:26 • 1 Noyabr 2019
Məşhur müğənni Moskvada itkin düşdü

Rusiyanın paytaxtı Moskva şəhərindərumıniyalı müğənni İnna ləqəbi ilə məşhurlaşan Elena Apostolyanuvə onun kollektivinin üzvləri itkin düşüb.

Polis Rumıniya vətəndaşı Elena Apostolyanunun Moskvada yoxa çıxması faktını nəzərdən keçirir.

"İnna oktyabrın 26-da paytaxta Buxarestdən uçub və hotellərin birində yerləşib. Sonra Sankt-Peterburqa getməli idi, lakin onunla əlaqə kəsilib”, - Moskva hüquq-mühafizə orqanlarındakı mənbə bu məlumatı yayıb.

Onun sözlərinə görə, polis əməkdaşları itkin düşən şəxslə telefon əlaqəsi yaratmaq istəsələr də, bu, heç bir nəticə verməyib.

İfaçının bir dostu anonimliyini qorumaq şərtilə bildirib ki, Apostolyanu ilə yanaşı, onun mühafizəçisi, meksikalı sürücü, qrupundan olan nağaraçı, fərdi psixoloq və kosmetoloq da yoxa çıxıb.

O, müğənninin gecə klubların birində sərxoş vəziyyətə çatdırıbtelefonları oğurlana biləcəyi ehtimalını irəli sürüb. İzahatındao,Apostolyanunun çox ağıllı və etibarlı bir qadın olduğunu vurğulayıb.

Hazırda isə musiqiçinin və onun komandasının Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir./oxu.az

Xəbər lenti