Xəzər Xəbər

Bergüzar Korelin bacısından ailəsi haqqında şok açıqlamalar

Şou Biznes | 22:01 • 31 Oktyabr 2019
Bergüzar Korelin bacısından ailəsi haqqında şok açıqlamalar

Xəbər verdiyimiz kimi, aktrisa Bergüzar Korelin Amerikada xadimə kimi çalışan bacısı Zeynəb Korel verdiyi açıqlaması ilə gündəmə gəlmişdi.

Türkiyə mətbuatı xəbər verir ki, Zeynəb Korel başına gələnləri "Günaydın”a danışıb. Aktrisanın bacısı etiraf edib ki, atası, tanınmış aktyor Tanju Korel anası Hülya Darcana tez-tez xəyanət edib:

"Anam aldadılmış qadın idi. Evdə həmişə mübahisə edirdilər. Anam atama deyirdi ki, Zeynəb olmasaydı, səndən boşanardım. Məni maneə kimi görürdü. Sevilmədiyimi düşünürdüm. Amma anam məndəki xətaları Bergüzarda etmədi. Bergüzar mənə balaca ana deyərdi. Ona çox bağlı idim... Anam məni uçurumdan atdı. İki qızını bir-birinə qarşı qoydu”.

Zeynəb Korel daha sonra bacısı ilə münasibətlərindən danışıb:

"Bacımla Halitin evliliyi haqqında heç vaxt danışmamışam, sadəcə ABŞ-dakı işimdən danışdım. Bergüzar mənə aylıq yardım etməyib, heç istəmərəm də. Sadəcə qızımın təhsil və sağlamlıq məsrəflərini qarşılayırdı”.

Məşhurun bacısının sözlərinə görə, ailədə zorakılığa məruz qalıb:

"Həm atam, həm də anam tərəfindən zorakılığa məruz qalmışam. Atamı günahlandırmıram. Amma anam daha çox psixoloji zorakılıq edirdi. Sonuncu dəfə 30 yaşımda döyüldüm. Atamı təzə itirmişdik, içindəki böhrana məğlub oldu və mənə zorakılıq tətbiq etdi. O yaşda döyülmək qüruruma toxundu.

Xadiməlik etdiyimi mən açıqlamamışam. Hadisə belə oldu, yaşadığım binada türklər də var. Xadiməlik etdiyimi mətbuata onlar sızdırıb. Amerikada öz ayaqları üzərində dayanan qadın kimi mübarizəmi danışmağı xahiş etdilər. Təmizlik şirkəti qurmaq istəyirəm. Ancaq əvvəlcə pula qənaət etməli və sistemi öyrənməliyəm, bunun üçün təmizlik işləri ilə məşğul oluram. Bundan əlavə Amerikada təbəqələr arasındakı fərq o qədər də kəskin deyil. Təsəvvür edin ki, təmizliyə getdiyim bəzi mənzillərdən baha olan bir evdə yaşayıram ”.

Xəbər lenti