Xəzər Xəbər

Oxumaqdan ötrü ürəyim gedir Fədayə Laçın DANIŞDI

Şou Biznes | 13:41 • 29 Oktyabr 2019
Oxumaqdan ötrü ürəyim gedir

"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir".

Bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm".

Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb. (report)

Xəbər lenti