Xəzər Xəbər

Tünzalə Ağayeva: “20 yaşımdan 43 yaşıma...” FOTO

Şou Biznes | 09:29 • 21 Oktyabr 2019
Tünzalə Ağayeva: “20 yaşımdan 43 yaşıma...”

"İndi makeuplı, şıq geyimli və daha keyfiyyətli şəkil də paylaşa bilərdim. Amma mən bəzəksiz, çox çalışqan və işdən sonra yorğun, huzurlu olmağımı sevirəm. 20 yaşımdan 43 yaşıma yalnız iradəm, əqidəm, zəhmətim, peşəmə sevgimlə gələ bildim , Allahın sonsuz lütufudur bunlar”.

Bu sözləri bu gün doğum gününü qeyd edən Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. Sənətçi rəqs zalından şəklini paylaşaraq həyat yolu ilə bağlı duyğularını qısaca belə ifadə edib:

"Yalnız qəti xarakterinlə, mərhəmətli qəlbinlə, həyatındakı hər kəsin və hər şeyin dəyərini bilməyinlə, qüsurlarını hamıdan birinci görməyinlə, başqalarının ancaq yaxşı tərəfini gördüyün zaman Allah kamilliyinə çatdırar səni... Əgər bunu istəyirsənsə...”

Xəbər lenti