Xəzər Xəbər

Məşhur modelyer Hadisəni İFŞA ETDİ: “Ona görə açıq-saçıq geyinir ki...”

Şou Biznes | 11:03 • 8 Oktyabr 2019
Məşhur modelyer Hadisəni İFŞA ETDİ:

Türkiyəli məşhur modelyer Cemil İpekçi müğənni Hadisənin dekoltesi və açıq-saçıq geyimləri sayəsində gündəmdə qaldığını bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, modelyer Hadisənin məqsədli şəkildə cəlbedici geyimlərə üstünlük verdiyini deyib.

Onun sözlərinə görə, Hadisə sırf gündəmdə qalmaq üçün bunu edir: "Sənətçinin bir sərhəddi olmalıdır. Müğənninin geyimi səsini üstələməli deyil. Ya da çox güclü səsin olmalıdır. Məsələn, Beyons adi parçaya da bürünsə, onun geyimi onun sənətinin önünə keçə bilməz. Hadisə bu kimi məqamlara diqqət etməlidir. O isə gündəmdə qala bilmək üçün ancaq dekoltedən istifadə edir"./publika.az

Xəbər lenti