Xəzər Xəbər

Bir ay əvvəl boşanan məşhur cütlük YENİDƏN EVLƏNİR

Şou Biznes | 10:38 • 7 Oktyabr 2019
Bir ay əvvəl boşanan məşhur cütlük

9 ay evli qaldıqdan sonra keçən ay boşanmağa qərar verən Burcu Kıratlı və Sinan Akçıl cütlüyü yenidən evlənir.

Sinan Akçıl 24 sentyabrda "Milad" sözlərini instaqramda paylaşaraq barışdıqları mesajını verib.

"Ən dəyərli varlığım Burcudur” statusuna haqqında müğənni belə açıqlama verib: "Sona qədər bu sevginin arxasındayam. Həyatımdakı ən qiymətli varlığım Burcudur”.

Xırda bir məslə üstündə dalaşıb boşandıqlarını söyləyən cütlük bir-birini hələ də çox sevdiklərini etiraf edib. Burcu Kıratlıya ikinci dəfə təklif edən Sinan Akçıl "Bəli" cavabını alıb./publika.az

Xəbər lenti

Çox oxunanlar