Xəzər Xəbər

Ancelina Coli ilk dəfə Bred Pitt ilə ayrılmağından danışdı: Çox ağrılı idi

Şou Biznes | 10:57 • 5 Oktyabr 2019
Ancelina Coli ilk dəfə Bred Pitt ilə ayrılmağından danışdı:

Fransanın "Madame Fiqaro” nəşrinə verdiyi yeni müsahibəsində dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli ilk dəfə Bred Pitt ilə ayrılmasından danışıb.

2016-cı ildə Ancelina və keçmiş əri Bred Pitt üç illik evlilik və on illik münasibətlərdən sonra ayrıldıqlarınıbildirərək, bütün xəbərlərin qəhrəmanı olublar. Cütlüyün boşanması çox uzun, çətin keçib. Hələ də altı uşağın qəyyumluq məsələsi həll olunmayıb.

Aktrisa son illərdə başına gələn hadisələri bu cür şərh edib:

"Taleyimdə nəyin baş verdiyinibilmirəm, amma əminəm ki, indi keçid vəziyyətindəyəm, gerçək həyata qayıdıram. Çünki Bredlə münasibətlərimizin sonunda və onunla əlaqəni kəsdikdən sonra mən özümü itirdim. Özümü tanımırdım. Mən ... necə izah edim ... kiçik, əhəmiyyətsiz, hətta kənardan belə nəzərə çarpacaq dərəcədə görsənməsə də...

Kəskin ağrı hiss etdim. Eyni dövrdə səhhətimdəki problemlər başladı: bu kimi şeylər göydən yerə endirilən və sadəcə sağ qalmağın nə qədər şanslı olduğunu xatırladır. Mən də bu həyat dərsimi övladlarıma çatdırmaq istəyirəm: yeniləmə ideyası, həyatın sevincini qazanmaq fürsəti. Yenidən sevinc axtarmalı oldum”. (oxu.az)

Xəbər lenti