Xəzər Xəbər

Məşhur aktyor qızından və nəvəsindən imtina etdi

Şou Biznes | 21:10 • 3 Oktyabr 2019
Məşhur aktyor qızından və nəvəsindən imtina etdi

"Yeşilçam”ın əfsanəvi kino ulduzu Cüneyt Arkın qızından və nəvəsindən imtina edib.

Aktyor Gülər Mocanla nikahından dünyaya gələn qızı Filiz Canlı ilə illərdir görüşmür.

Məlum olub ki, aktyorun qızı boşandıqdan sonra anası ilə yaşamağa başlayıb. Cüneyt Arkının 17 yaşlı nəvəsi Dəfnə babasının kim olduğunu öyrəndikdən sonra onunla görüşmək istəyib. Lakin kino ulduzu bu görüşü rədd edib.

Qeyd edək ki, 82 yaşlı aktyorun ikinci nikahından iki oğlan övladı var./publika.az

Xəbər lenti