Xəzər Xəbər

Ancelina Coli: “Həyatın bu mərhələsini sevirəm”

Şou Biznes | 17:46 • 1 Oktyabr 2019
Ancelina Coli: “Həyatın bu mərhələsini sevirəm”

"Malifisenta” filminin ikinci hissəsində çəkilən 44 yaşlı Ancelina Coli rolu barədə jurnalistlərin suallarını cavablandırıb.

Aktrisa təkcə işlə bağlı deyil, uşaqlar haqqında da sualları cavablandırıb. Kino ulduzu Cənubi Koreyanın Ense Universitetinin Bioenerji Fakültəsinə qəbul olan 18 yaşlı oğlu Meddoksdan danışıb:

"Bu yaxınlarda oğlumu yola saldım... Onunla çox qürur duyuram və nigaranam. Övladlarımın uğurları genişləndikcə dünyam genişlənir. Onlardan çox şey öyrənirəm. Həyatın bu mərhələsini sevirəm”.

Məlumat üçün bildirək ki, aktrisa 6 uşaq anasıdır, onlardan 3-ünü övladlığa götürüb./publika.az

Xəbər lenti