Xəzər Xəbər

Leonardo Di Kapriodan 5 milyon dollarlıq xeyirxahlıq

Şou Biznes | 14:07 • 27 Avqust 2019
Leonardo Di Kapriodan 5 milyon dollarlıq xeyirxahlıq

Məşhur Oskar mükafatçısı Leonardo Di Kaprio Amazon Meşə Fonduna 5 milyon dollarlıq yardım edəcək

Keçən ay Leonardo Di Kaprio tərəfindən yaradılan və xeyriyyəçilər Loren Pauel Cobs və Brayn Set tərəfindən dəstəklənən "Earth Alliance” (Yer təşkilatı) adlı cəmiyyət Amazon Meşə Fondu veb saytı vasitəsi ilə xeyriyyəçilik kampaniyasına başlayıb. Leonardo Di Kaprio pulun hamısının bölgədə dağıntılara səbəb olan yanğının nəticələrinin aradan qaldırılmasına, Amazonda həyat və biomüxtəlifliyin davamlılığını qorumağa çalışan yerli icmalara veriləcəyini açıqlayıb. Təşkilat həmçinin Braziliya meşələrini bərpa etmək üçün ianələr istəyib./teleqraf

Xəbər lenti