Xəzər Xəbər

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti oldu

Şou Biznes | 10:19 • 27 Avqust 2019
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti oldu

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçirilib.

Konsertdə Əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim ediblər.

Hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony gecənin xüsusi qonağı olub və məşhur hitlərini səsləndirib.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti