Xəzər Xəbər

Milyarderləri “"tora salan" məşhurlar

Şou Biznes | 15:12 • 5 İyul 2019
Milyarderləri “"tora salan" məşhurlar

Hollivud ulduzları gördükləri işlərlə yanaşı, şəxsi həyatları ilə də hər zaman gündəmdədirlər. Kimi ailə həyatı üçün həmkarına, kimi isə maddi durumu yüksək olan biznesmenə üz tutur.

XəzərXəbər  qafqazinfo-ya istinadən xəbər verir ki, "milyarderləri toruna salan" məşhurları təqdim edir:

Model Naomi Kempbell (49) və Vladislav Doronin (56)

Vladislav Doronin - rusiyalı sahibkar və "Capital Group"un sahibidir. Cütlük 2008-ci ildə Kann festivalında tanış olub, 2012-ci ildə ayrılıblar.

Aktrisa Salma Hayek (52) və Fransua-Anri Pino (57)

Fransua-Anri Pino - fransalı biznesmen və "Artemis Group"un prezidentidir. 2006-cı ildə Venesiyada tanış olan cütlüyün Valentina adlı bir qızı var. Salma ilə Fransua-Anri ötən il evləniblər.

Aktrisa Nikol Kidman (51) və Stiv Binq (54)

Stiv Binq - amerikalı biznesmen, kinoprodüser bə "Shangri-La" biznes-şəbəkəsinin banisidir. Cütlük 2004-cü ildən münasibətə başlayıb, 2005-ci ildə ayrılıb.

Model Peris Hilton (38) və Paris Latsis (36)

Paris Latsis - 7,5 milyar dollar sərvətə sahibdir. Cütlük 2005-ci ildə tanış olub nişanlanacağını elan etsə də, 5 ay sonra ayrılıblar.

Model Miranda Kerr (36) və Evan Şpiqel (29)

Evan Şpiqel - amerikalı milyarder "Snapchat"ın CEO-sudur. Cütlük 2014-cü ildə tanış olub, 2017-ci ildə ailə qurublar. 2018-ci ildə Miranda ilə Evanın oğlu dünyaya gəlib. Cütlüyün ikinci pvladı dünyaya gələcək.

Müğənni Rihanna (31) və Həsən Cəmil

Həsən Cəmil - Səudiyyə ərəbistanlı milyarder müğənni ilə 2017-ci ildən görüşməyə başlayıb. 2018-ci ildə ayrılsalar da, bu günlərdə yenidən birlikdə İtaliyada görülüblər.

Müğənni Merayya Kerri (49) və Ceyms Paker (51)

Ceyms Paker - avstraliyalı milyarderlə müğənninin eşq macərası 2015-ci ildən birlikdə yaşamağa başlayıb. Ancaq Merayya 2016-cı ildə Ceymsə rəqqas Brayan Tanaka ilə xəyanət etdiyindən cütlük ayrılıb.

Aktrisa Natalya Vodyanova (37) və Antuan Arno (42)

Antuan Arno - "Berluti"nin direkttoru və "LVMH" konserninin sahibidir. Cütlük 2008-ci ildə tanış olub. 2011-ci ildən isə münasibətə başlayıblar. Natalya və Antuan 5 uşaq böyüdür. Uşaqlardan üçü aktrisanın ilk nikahından, ikisi isə Antuanla münasibətindən dünyaya gəlib.

Aktrisa Uma Turman (49) və Arpad Byusson (56)

Arpad Byusson - Londonun məşhur fransız maliyyəçisidir. Aktrisa və milyoner 2007-ci ildən görüşməyə başlayıb, 2008-ci ildə nişanlanıb. 2012-ci ildə Uma Turman qız uşağı dünyaya gətirib. 2014-cü ildə ayrılıblar.

Canet Cekson (53) və Vissam Al-Mana (44)

Vissam al-Mana - "Al Mana Group"un icraçı direktoru müğənni ilə 2012-ci ildə ailə qurub. 2017-ci ildə onların oğlu dünyaya gəlib. 3 ay sonra isə cütlük ayrılıb.

Aktrisa Elizabet Herli (54) və Arun Nayar (54)

Arun Nayar - hind milyonçu aktrisa 2007-ci ildə ailə qurub. 2011-ci ildə Herlinin avstraliyalı idmançı Şeyn Uorni ilə dodaq-dodağa fotoları yayıldıqdan sonra cütlük ayrılıb.

Aktrisa Ceyn Fonda (81) və Ted Törner (80)

Ted Törner - amerikalı biznesmen və aktrisa 1991-ci ildə ailə qurub, 2001-ci ildə ayrılıblar.

Xəbər lenti