Xəzər Xəbər

Özündən 27 yaş kiçik sevgilisi ilə 2 gün evli qalan məşhurun sözləri ÜRƏK DAĞLADI

Şou Biznes | 11:52 • 1 İyul 2019
Özündən 27 yaş kiçik sevgilisi ilə

Bu yaxınlarda özündən 27 yaş kiçik bəylə ailə qurması, 36 saat sonra dələduzluqda ittiham olunan ərindən gözlənilmədən boşanması ilə gündəmə gələn 61 yaşlı sənətçi Zərrin Özer olanlarla bağlı açıqlama verib.

Dünən Beynəlxalq Bursa Festivalı ilə bağlı keçirilən konsertdə səhnəyə çıxan müğənni 36 saat davam edən evliliyi haqqında danışaraq yaşadığı çətin günlərdə pərəstişkarlarının sonsuz dəstəyini hiss etdiyini vurğulayıb:

"Rəbbimin çox şanslı bir bəndəsi olduğuma inanıram. Dediyim hər sözün arxasındayam. Mənim ən böyük cümləm "Rəbbim sevənlərimi, sevdiklərimi başımdan əskik etməsin”dir. Sevgini zorla və pulla ala bilərsiniz. Həyatım boyu təbii oldum, hər şeyimi paylaşdım. İçdən gəldiyi kimi yaşadım. Üzr istədim, əsəbiləşdim, amma 37 ildə əzizlərim məni tanıdı. "Zerrin bizim qızımızdır, bizim məhəllənin qızı dəlidir, amma dürüstdür, doğrudur, yalan bilməz" dedilər. Çünki xalqdan gəldim.

Xalqa enmirsən, çıxırsan. O çıxacağınız müddət də həyatınızın sonuna qədər bitməz. Odur ki, qiymətlidir xalqımız. Hər şeyin, həqiqətlərin fərqindədir. Bilirlər ki, bir dənə dəli Zerrin var. Hamımızı məhəllədə ailələr kimi hiss edirəm. Heç bir zaman sevənlərimə fanatlarım demədim. Çünki pərəstişkarlarım demək, özünüzü bir pillə yuxarıda görmək deməkdir. Biz bərabərik, mən sadəcə mahnı ifa edirəm, onları xoşbəxt edə bilirəmsə, nə gözəl mənə. Tək bildiyim bir şey var, insan olmaq. İllərlə insan olmağa çalışmağa davam etdim. Güman edirəm, qiymətli xalqımız da bunu görür"./publika.az

Xəbər lenti