Xəzər Xəbər

Nikolas Keycin evliliyi 4 gün çəkdi Arvadı başqa kişi ilə görüşürmüş

Şou Biznes | 16:32 • 19 İyun 2019
Nikolas Keycin evliliyi 4 gün çəkdi

ABŞ-ın Nevada ştatının Klark dairəsinin məhkəməsi aktyor Nikolas Keyc və Erik Koykenin boşanma işinə baxıb.

XəzərXəbər ölkə.az-a istinadənxəbər verir ki, "xoşbəxt" ailə cəmi 4 gün davam etdi. Toydan 4 gün sonra Keyc boşanmaq üçün məhkəməyə müraciət etmişdi.

Məlum olub ki, Las-Veqasda nikah bağlananda cütlük sərxoş olub. Keyc nə etdiyini bilməyib. Sonradan məlum olub ki, onun evləndiyi qadın başqa kişi ilə görüşür. Nikah müddəti qısa olsa da, Erik Koyke Keycdən təzminat tələb edib. Guya onunla münasibət naminə bir neçə iş təklifindən imtina edib.

Qeyd edək ki, vizajist Erik 55 yaşlı Nikolasın 4-cü arvadı sayılır. 1995-ci ildə Keyc aktrisa Patrisiya Arkettlə evlənmişdi. 6 il sonra cütlük ayrılıb. İkinci dəfə isə Elvis Preslinin qızı Liza Mariya ilə nikah masasına oturan Nikolas 3.5 ay sonra boşanır. Onun üçüncü həyat yoldaşı ofisiant Elis Kim idi. Cütlük 11 il bir yerdə yaşayıb.

Xəbər lenti