Xəzər Xəbər

Məşhur müğənni iki günlük ərindən BOŞANDI - AĞLAGƏLMƏZ SƏBƏB

Şou Biznes | 18:22 • 18 İyun 2019
Məşhur müğənni iki günlük ərindən BOŞANDI - AĞLAGƏLMƏZ SƏBƏB

İkillik sevgilisi Murat Akıncı ilə iki gün əvvəl evlənən türkiyəli müğənni Zerrin Özer boşanmağa qərar verib.

Müğənni prodüseri vasitəsilə açıqlama yayıb:

"Hörmətli media mənsubları, 16 iyun bazar günü evlənən Zerrin Özer və Murat Akıncı haqqında iki gündür çıxan xəbərlər evlilik birliyini təməldən sarsıb. Zerrin Özer az öncə mənə boşanma qərarını açıqlayıb. Lazımi hüquqi proses tərəfimizdən başladılıb”.

Xatırladaq ki, dünən "Kanal D”də yayımlanan "2-ci Sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muradın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini idda etmişdi. Bu gün isə Murad Akıncanın Adnan Oktarın kedicikləri ilə fotoları yayılıb.

Xəbər lenti