Xəzər Xəbər

Ən az 3 uşaq anası olan azərbaycanlı qadın müğənnilər - SİYAHI

Şou Biznes | 17:08 • 21 May 2019
Ən az 3 uşaq anası olan azərbaycanlı

Xəbər verdiyimiz kimi, ötən gün "Eurovision" təmsilçimiz Safura Əliyeva 3-cü dəfə ana olub.

Həm məşhurluq, həm də çoxuşaqlı analıq qadın müğənnilər üçün heç də asan başa gəlmir. Ana olduqdan sonra sənətdən uzaq düşən müğənnilər də olub.


AZXEBER.COM mövzunun aktuallığın nəzərə alaraq ən az 3 uşaq anası olan xanım məşhurlarımızın siyahısını təqdim edir.


Şou-biznesdə çoxuşaqlı anası deyilən kimi ağıllara ilk olaraq müğənniElnarə Xəlilovagəlir. Jurnalist Rövşən Cahangirov ilə ailəli olan xanım müğənninin 4 uşağı var. Elnarə müğənniliklə yanaşı, radioların birində aparıcı kimi də çalışır.


Daha bir çoxuşaqlı ana isə müğənniXuraman Şuşalıdır. Xuraman da həmkarı Elnarədən geri qalmaır. Rejissorla ailəli olan Xuramanın 3 uşağı var.


RejissorKənan MMilə ailəli olan müğənni Aygün Mahmudova da məşhurluq qazandığı illərdə 3 uşaq dünyaya gətirib. Aygün ana olduqdan sonra sənətdən uzaqlaşıb, daha sonra yenidən efirlərə və sənətə dönüb.


3 uşaq anası olmasına baxmayaraq daim bədən formada qalan müğənniNura Suridir. 3 oğul anası olan Nuranın övladlarının hər biri ayrı-ayrı nikahdan olub. Çoxuşaqlı ana olan Nura gözəlliyi və cazibəsi ilə hər zaman gündəmdə qalmağı bacarıb.

Hazırda vətəndən kənarda yaşayan müğənniRəqsanə İsmayılovada yuxarıda sadaladığımız həmkarlarından geri qalmayıb. Belə ki, müğənni 4 qız anasıdır. Böyük qızı Aysun anasının sənətini davam etdirir.

Əməkdar artistFidan Hacıyeva2 oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.


Xalq artistiGülyanaq Məmmədovada 4 övlad anasıdır. O, dördüncü övladını 43 yaşında dünyaya gətirib. Müğənni açıqlamasında bildirib ki, çoxuşaqlı ana olması onda karyerasını davam etdirməyə mane olmur.


Erkən yaşlarında ailə həyatı quran xalq artistiMələkxanım Əyyubovadörd övlad anasıdır. Xalq artistinin iki oğlu və iki qızı var.


"Eurovision 2009” təmsilçimizAysel Teymurzadəailə qurduqdan sonra karyerası ilə birdəfəlik vidalaşsa da, o, da 3 uşaq anasıdır. Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəli olan Ayselin bu nikahdan 2 oğlu və bir qızı var.

Xəbər lenti