Xəzər Xəbər

"Ana ola bilməsəm də, gözəl həyatım var" Məşhur ulduz açıqladı

Şou Biznes | 14:32 • 18 May 2019
"Ana ola bilməsəm də, gözəl həyatım var"

İngilis televiziya ulduzu Kelli Bruk şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

16 yaşındaykən bir proqram sayəsində şöhrəti yaxalayan Kelli "Uşağım yoxdur, amma xoş və xudbin həyatım var"-deyib.

Məşhur ulduz bir neçə dəfə hamilə qalsa da, uşaqlarını itirib və bir daha ana ola bilməyib. Məşhur uşaq məsələsində ailəsinin ona təzyiq etmədiyini bildirib.

"Əsla sahib ola bilməyəcəyim şeylər üzərində uzun müddət düşünmədim. Sadəcə sahib olduqlarım haqqında pozitiv düşüncələrim var"-deyə Bruk açıqlayıb.

40 yaşına girməyə hazırlaşan Kelli sevgilisi ilə xoşbəxt olduğunu deyib. Ona ən çox ünvanlanan "uşaq" haqqındakı suala isə "Həyatın gələcəkdə mənə nələr gətirəcəyini bilmirəm. Bu üzdən "heç vaxt uşaq sahibi olmayacam, heç vaxt ailə qurmayacam, deyə bilmərəm. Bəlkə də bir gün olar bilər"-deyə Bruk açıqlama verib.

Xəbər lenti