Xəzər Xəbər

Məşhur aktyorun səhnədə halı PİSLƏŞDİ

Şou Biznes | 14:33 • 9 May 2019
Məşhur aktyorun səhnədə

Türkiyənin məşhur komediya ustası Cem Yılmazın səhnədə halı pisləşib.

"Həqiqətən də yaxşı deyiləm” deyən aktyor şounu yarımçıq qoyaraq kulisə keçib.

Bu barədə "Survivor” yarışmasının məşhur iştirakçısı Hakan Hatipoğlu məlumat verib. O, bildirib ki, aktyorun "Özümü yaxşı hiss etmirəm” sözünü əvvəlcə zarafat kimi qəbul ediblər:

"Əvvəlcə zarafat zənn etdik, amma "Həqiqətən də yaxşı deyiləm” dedikdən sonra donub qaldıq. Tamaşaya 20 dəqiqə fasilə verildi. Yarım saat sonra səhnəyə yenidən bomba kimi qayıtdı. Təzyiqi düşmüşdü, bizi qorxutdu, amma şou qəhqəhələrlə keçdi. Keçmiş olsun, ustad”./publika.az

Xəbər lenti