Xəzər Xəbər

Xalq artistindən ŞOK SÖZLƏR: “Bu da bəzi ikinci, üçüncü sort müğənniləri..”

Şou Biznes | 11:13 • 3 May 2019
Xalq artistindən ŞOK SÖZLƏR:

Xalq artisti Brilliant Dadaşova adlarını çəkmədiyi həmkarları haqqında dediyi "ikinci, üçüncü sort müğənnilər” sözləri ilə gündəm yaradıb.

XəzərXəbər xəbər verir ki, sənətçi İnstaqram hesabında səhnə çıxışını paylaşaraq qoxulara qarşı həssas olduğunu deyib.

Sənətçi bildirib ki, məclislərdə həmkarlarına mikrofonu etibar etmir: "Mikrofonumu heç vaxt başqa müğənnilərə vermirəm, çünki qoxulara qarşı çox həssasam və alergiyam var. Bu da bəzi "ikinci-üçüncü sort müğənniləri” kompleksə salır. Rəylərdə kiməsə yazırıq, məhz mikrofondan bəhs edirlər”.

Qeyd edək ki, məclislərdə mikrofon mövzusu ilə bağlı sənətçilərimiz arasında zaman-zaman qalmaqallar yaranır.

Xəbər lenti