Xəzər Xəbər

Dünya şöhrətli aktyor gizlincə Bakıya sevgilisinin yanına gəlib - FOTOFAKT

Şou Biznes | 15:42 • 28 Aprel 2019
Dünya şöhrətli aktyor gizlincə

Dünyaşöhrətli amerikalı aktyor Çenninq Tatum gizlincə Bakıya sevgilisi Cessi Ceyin yaına gəlib.

XəzərXəbər xəbər verir ki, bu barədə Sem Smitin əvəzinə Formula 1 SOCAR Azerbaijan Grand Prix 2019-da çıxış etməyə gələn Cessi Ceyin İnstagram profilində paylaşım edilib.

Müğənni aktyorun ad gününü təbrik etməsi ilə bağlı video yerləşdirib vəyazıb "It's your birthday, do, do what you want" (Bu sənin doğum günündür, nə istəyirsən elə) yazıb.

Kadr arxasında isə Çenninqin səsi eşidilir.

Bakıdakı konsertdən bir neçə saat əvvəl isə müğənni aktyorla fotosunu paylaşıb.

Bundan əlavə "Baku Crystal Hall"da konsert zamanı tamaşaçılar onu görüblər.

Qeyd edək ki, "Price Tag", "Domino" və "Bang Bang" kimi mahnılarla tanına Cessi Cey ötən gecə "Baku Crystal Hall"da konsert proqramı ilə çıxış edib.

Cessi Cey və Tatum 2018-ci ilin aprel ayında görüşməyə başlayıblar.

Dünya şöhrətli aktyor gizlincə Bakıya sevgilisinin yanına gəlib - FOTOFAKT

Xəbər lenti