Xəzər Xəbər

Məşhur müğənni: “Bazardan da geyinərəm”

Şou Biznes | 14:46 • 22 Aprel 2019
Məşhur müğənni:

Yıldız Tilbe bioqrafik filmlərin çəkilməsinə qarşı çıxıb.

Müğənni gələcəkdə onun haqqında bioqrafik film çəkilməsini qadağan edib:

"Gələcəkdə musiqi sözlərimi bir kitabda şeirə çevirmək istəyərəm. Lakin həyatım haqqında film çəkilməsinə razı olmazdım. Yaşayarkən istəmirəm, öləndən sonra da çəkməzlər. Əllərindən gəlməz. Bioqrafik film həqiqəti əks etdirmir. İnsanın iç dünyasını aça bilmirlər”.

Sosial şəbəkələrdə paylaşdığı foto və yazıları ilə diqqət çəkən müğənni fikrini belə ifadə edib:

"Hər bir insan kimi öz fikirlərimi bölüşürəm. Paylaşdığım statuslardan peşmançılıq duymuram".

Səhnə paltarlarını özünün seçdiyini bildirən Tilbe "Marka həvəsim yoxdur. Çox pul xərcləmirəm. Bazardan da geyinərəm" , - deyə qeyd edib./publika.az

Xəbər lenti