Xəzər Xəbər

Tanınmış aktyor “Lamborghini” ilə balıqçını vurdu FOTO

Şou Biznes | 13:47 • 16 Aprel 2019
Tanınmış aktyor “Lamborghini” ilə balıqçını vurdu

Məşhur britaniyalı aktyor, populyar "Şerlok” serialının ulduzu Benedikt Kamberbetç Uayt adasında idman maşını ilə yoldan keçən velosipedçini vurub.

Bu barədə "The Sun” nəşri yazır.

Aktyor yaşıl "Lamborghini” markalı avtomobilində olub. Velosipedçini vaxtında görməyib və manevr etməyə çalışan zaman kişini maşının yan güzgüsü ilə əzib. Zərərçəkən bazu nayihəsinin kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Onu tibb müəssisəsinə çatdıran da elə aktyor özüb olub. Vurduğu zərərə görə balıqçı olan həmin kişiyə 20 min funt sterlinq təzminat ödəməyə razılaşıb.

oxu.az

Xəbər lenti